Modern.az

Lənkəranda ağır qəza - Ölən və yaralılar var 

Lənkəranda ağır qəza - Ölən və yaralılar var 

Hadisə

19 May 2023, 22:32

Lənkəranın Sütəmurdov kəndində avtomobillər toqquşub, ölən və yaralanan var.

 

Modern.az xəbər verir ki, qəza zamanı “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub.

 

Qəzadan sonra “VAZ-2106" işıq dirəyinə və ağaca çırpılıb. Hadisə nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində ölüb, avtomobildə olan qadın sərnişin ağır xəsarətlər alıb.

 

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Qeyd edək ki, “Hyundai” markalı avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Hazırda onun tapılması istiqamətində tədbirlər görülür.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər