Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilə məlumata görə İordaniya Senatı tərəfindən Xocalı Soyqırımı ilə bağlı bəyanat qəbul edilib. Bəyanatda qeyd edilir:
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının toplantısında Xocalı qırğını ilə bağlı qəbul olunmuş qərarlara uyğun olaraq və sözügedən qırğının 20-ci ildönümü ilə əlaqədar, habelə Senat nümayəndə heyətinin Azərbaycana gerçəkləşdirdiyi səfəri fonunda Senat:
-Xocalıda müsəlman Azərbaycan xalqının məruz qaldığı və eyni zamanda insan hüquqlarına qarşı zorakılıq hesab edilən təcavüzü,
-həmçinin məscidlərə və müqəddəs islam abidələrinə qarşı törədilmiş zorakılığı, bunun nəticəsində İslam irs və mədəniyyətinə üzr vermiş ağır itkini pisləyir,
-Ermənistanla Azərbaycan arasındakı münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycan suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlinə,
-Habelə BMT Təhlükəsizlik Şurasının bu barədə qəbul etdiyi qətnamələrin icrasına çağırır,
-Senat İordaniyanın münaqişələrin sülh yolu ilə həllinə, habelə xalqlar arasında məhəbbət, tərəqqi və inkişafa aparan yollarla insan həyatının zənginləşdirilməsi istiqamətində əməkdaşlıq əvəzinə kin-küdurət və müsibətlər toxumu səpən zorakılıqdan və qarşıdurmadan uzaq olaraq, xalqlar arasında sülh və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə çağıran daimi mövqeyini bir daha dəstəkləyir,
-Senat dövlətləri ağır məişət şəraiti ilə üzləşən azərbaycanlı qaçqın və məcburi köçkünlərə öz yurd-yuvalarına qayıdanadək humanitar yardımlara göstərməyə səsləyir.
Modern.az