G7 ölkələri dünyada nüvə silahından tam imtinanın tərəfdarı olmaqla yanaşı, həm də nüvə enerjisindən dinc məqsədlərlə istifadənin tərəfdarıdır.
Modern.az xəbər verir ki, bu barədə G7-yə üzv ölkələrin bəyanatında deyilir.
“Biz real, praqmatik və məsuliyyətli yanaşmadan istifadə edərək, hamı üçün zəmanətli təhlükəsizliyə malik nüvə silahı olmayan dünyaya nail olmaq öhdəliyimizi ifadə edirik”, - sənəddə qeyd olunur.