Modern.az

Hüseyn Abdullayevdən yeni AÇIQLAMA: “Sağ olun ki, mənə qiymət verirsiniz”

Hüseyn Abdullayevdən yeni AÇIQLAMA: “Sağ olun ki, mənə qiymət verirsiniz”

3 İyul 2013, 16:09


Barəsində axtarış elan edilən sabiq millət vəkili, bəstəkar Hüseyn Abdullayev son günlər onun müdafiəsinə qalxan pərəstişkarlarına təşəkkürünü bildirib. Modern.az-ın məlumatına görə, H.Abdullayev tərəfdarlarına müraciətində deyib:

“Əziz və çox dəyər verdiyim dostlarım, sizlərin mənə bu cür qiymət verməniz məndə o qədər böyük duyğu yaradır ki, onu ifadə edə bilmirəm. Bir sözlə sizə öz dərin minnətdarlığımı bildirirəm”-deyə eks-deputat vurğulayıb.

Qeyd edək ki, hazırda Almaniyada olan keçmiş deputat Hüseyn Abdullayev küllü miqdarda vergidən yayınmaqda ittiham edilərək barəsində cinayət işi açılıb. Sabiq deputat interpol-da axtarışa verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...