Modern.az

Paşinyanın oğlunu oğurlayan qadınla bağlı qərar verildi

Paşinyanın oğlunu oğurlayan qadınla bağlı qərar verildi

Dünya

20 May 2023, 15:47

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlunu qaçırmaqda ittiham olunan Qayane Akopyan bir ay müddətinə həbs edilib.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hakim həbs qətimkan tədbiri seçilməməyi xahiş edən bir qrup müxalifətçi deputatın zəmanətini nəzərə almayıb.

 

Nəticədə Paşinyanın oğlunun oğurlanmasını təşkil etməkdə ittiham olunan 44 günlük müharibədə həlak olan əsgərin anası Qayane Akopyan (Martirosyan) bir ay müddətinə həbs olunub.

 

Xatırladaq ki, mayın 18-də döyüşdə ölən hərbçinin anası Qayane Akopyan baş nazirin oğlunun oğurlanmasına cəhddə şübhəli bilindiyi üçün saxlanılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi