Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" komandası ilə vidalaşıb.
Modern.az xəbər verir ki, Almaniya təmsilçisi 33 yaşlı yarımmüdafiəçi ilə yollarını ayırıb.
III Bundesliqa təmsilçisi təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.
Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”də çıxış edib. O, bu müddət ərzində 217 oyuna çıxıb, 48 qol vurub.