Modern.az

Köçkün rayonun gəncləri İlham Əliyevlə bağlı çağırış etdilər

Köçkün rayonun gəncləri İlham Əliyevlə bağlı çağırış etdilər

3 İyul 2013, 16:51

Bu gün Horadiz şəhər 3 saylı orta məktəbdə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı və Füzuli rayon gənclərinin təşəbbüsü ilə “Müasir gəncliyin inkişafı” mövzusunda seminar keçirilib.

Tədbirdə müxtəlif peşə sahibi olan 100-dən artıq məcburi köçkün gənc iştirak edib.

Füzuli gəncləri çıxışlarında bildiriblər ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Bildirilib ki, prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına diqqət və qayğı ilə yanaşıb.
Tədbirdə qeyd olunub ki, Füzuli rayonundan olan gənclər qarşıdan gələn president seçkilərində bütün ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşəcəklər və onun yürütdüyü siyasəti dəstəkləyəcəklər.

Modern.az  
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...