Milli Məclisin deputatı Aydın Mirzəzadə özünün sosial şəbəkədəki səhifəsində jurnalistlər üçün tikilmiş mənzillərə həsr etdiyi yazısını paylaşıb. Modern.az yazını təqdim edir:
“2013-cü il həm də Azərbaycan jurnalistikasının taixinə yazılacaq bir ildir.
Yaşadığımız zaman adi qayığlarla yanaşı əlamətdar hadisələrlə də zəngindir. Azərbaycanın fəzaya ilk rabitə peykini buraxması, ölkəmizin TAP qaz kəmərinə qoşulması qərarını verməsi, kreditverən ölkə imicimizin möhkəmlənməsi və s. kimi məsələlər tarixə yazılan məsələlərdəndir. Həmçinin 2013-cü ildə respublikada növbəti prezident seçkilərinin keçirilməsi də ilə xüsusi əhəmiyyət verir. İndiyə qədər gedən proses bu ilki seçilərin də demokratik və şəffaf keçəcəyinə dəlalət edir.
Ancaq bu il daha bir əhəmiyyətli hadisə baş verəcəkdir. Prezident cənab İlham Əliyevin sərancamı ilə mətbuat işçiləri üçün dövlət hesabına tikilən çoxmənzilli bina istifadəyə veriləcək. İlk dəfə olaraq məhz jurnalistlər dövlət hesabına mənzillər əldə edəcəklər.
İlk dəfə olaraq belə hadisə ümumiyyətlə dünya jurnalistika tarixində baş verir.
Binanın tikintisinin başa çatması ilə yanaşı artıq mənzilə ehtiacı olan jurnalistlərin redaksiyalarda siyahıları hazırlanır. Mənzillərin də ədalətli məhz kəskin ehtiyacı olan jurnalistlərin alması üçün həm jurnaist kollektivlərində iclaslar keçirildi, həm də fərdi qaydada ərizələr qəbul edildi. Diqqəti çəkən cəhət isə indiyə qədər iclasların keçirilməsinə dair şikayətlərin səslənməməsidir. Deməli şəffaflıq və ədalət ilkin mərhələdən gözlənilib.
Bu proseslərdən uzaq olsam da prosesin şəffaf getdiyini və ən ehtiyacı olanların mənzil alacağını görürəm. Şübhə etmirəm ki, sonda tanınan, kirayələrdə yaşayan media zəhmətkeşlərinin sevincinin şahidi olacağıq.
Yəqin ki, bu rahat mənzillərdə müxtəlif siyasi baxışlara malik olan, hətta indiki iqtidara kəskin müxalifətdə olan qəzet işçiləri ailələrinin rahatlığını görəcəklər. Axı prezdent İlham Əliyev hələ 2003-cü ildə " Mən bütün azərbaycanlıların prezidenti olacağam" bəyanatını vermiş və buna sadiq olduğunu sübut edə bilib.
Düzdür, indiki binada səhv etmirəmsə hardasa 150 mənzil olacaqdır, bu isə mənzilə ehtiyacı olanların ancaq bir qisminin ehtiyacını ödəyə biləcəkdir. Ancaq bu ilk addımdır, inkişafda olan Azərbaycanın mediasının roblemlərinin həlli üçün isə bu tip binaların sonradan yenə tikilmələri tamamilə gözlənilən hadislərdir.
Jurnalist dostlarımız bu sevincə layiqdirlər, onların Azərbaycan dövlətinin qurulmasında zəhmətləri böyükdür.
Modern.az