Modern.az

İqbal Ağazadə: “Rüstəm İbrahimbəyov mənə rəqib ola bilməz” - AÇIQLAMA

İqbal Ağazadə: “Rüstəm İbrahimbəyov mənə rəqib ola bilməz” - AÇIQLAMA

3 İyul 2013, 17:11

“Mənim rəqibim ancaq hakimiyyətdir. İndiki iqtidardan başqa bizim rəqibimiz yoxdur”. Bunu Modern.az saytına açıqlamasında Ümid Partiyasının prezidentliyə namizədi,  millət vəkili İqbal Ağazadə Rüstəm İbrahimbəyovun  Milli Şuranın vahid namizədi kimi statusunu  şərh edərkən bildirib.

İ.Ağazadə R. İbrahimbəyovu seçki kampaniyasında rəqib olaraq dəyərləndirməkdən imtina edib.

  Partiya sədrinin Milli Şuranın vahid namizədlə iştirak etməsi ilə bağlı məsələyə münasibəti birmənalı olmayıb: “Mən nə deyə bilərəm? Bir təşkilat və ya qurum yığışıb öz içindən bir nəfəri namizəd seçib. Lap yaxşı!”-deyə qeyd edib.  

Xatırladaq ki, Milli Şuranın ikinci sessiyasında vahid namizəd məsələsi həll olunub. Bununla da aparıcı müxalifət partiyalarının da dəstəyi ilə Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi olub.  

Aqşin KƏRİMOV
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...