Türkiyəli aktyor Nuri Sesigüzel vəfat edib.
Modern.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada ürək çatışmazlığından dünyasını dəyişib.
1937-ci ildə anadan olan aktyor karyerasına 60-cı illərdə başlayıb. 1963-cü ildə “Qara ilan”, 1964-cü ildə “Zavodun gülü”, 1966-cı ildə “Qara qatar”, 1966-cı ildə “Məhəbbət balladası” kimi filmlərdə rol alıb. Sənətkar bir çox filmlərin saundtreklərini bəstələyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 86 yaşlı aktyorun vəfat ilə əlaqədar başsağlığı verib.