Modern.az

Ukrayna Baxmutun ələ keçirildiyini təkzib etdi

Ukrayna Baxmutun ələ keçirildiyini təkzib etdi

21 May 2023, 12:06

Ukrayna Prezident Ofisi dövlət başçısı Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyinin təsdiqlədiyinə dair mediada yayılan məlumatı təkzib edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat katibi Sergiy Nikoforov feysbukda yazıb.

 

Mətbuat katibi Zelenskiyə ünvalanan sualın fərqli olduğuna işarə edib:

“– Rusiyalılar bildiribər ki, Baxmutu alıblar.

Prezidentin cavabı:

– Fikrimcə, yox.

Beləliklə, Prezident Baxmutun alındığını təkzib edib”.

Həmin sualın verildiyi anın görüntüləri də KİV-də yayılıb.

“Cənab Prezident, Baxmut hələ də Ukraynanın əlindədir? Rusiyalılar bildiriblər ki, Baxmutu alıblar”, - jurnalist bildirib.

Zelenski isə “Fikrimcə, yox” deyə cavab verib.

 

***

10:47

 

Ukrayna Prezidenti Volodimir Zelenski Baxmut şəhərinin ələ keçirildiyini təsdiqləyib.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı “G7” sammitində jurnalistlərin Baxmutla bağlı sualını cavablandırarkən bildirib.

 

“Bu gün Baxmut ancaq bizim qəlbimizdədir”, - Zelenski deyib.

 

Qeyd edək ki, ötən gün "Vaqner" özəl hərbi şirkəti, daha sonra isə Rusiya Müdafiə Nazirliyi Ukraynanın Baxmut şəhərini ələ keçirdiyini açıqlamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi