Modern.az

Britaniyanın Baş naziri Çini qlobal təhdid adlandırdı

Britaniyanın Baş naziri Çini qlobal təhdid adlandırdı

21 May 2023, 11:36

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Çini qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb.

 

Modern.az xəbər verir ki, bu qiymətləndirməni Böyük Britaniyanın Baş naziri Rişi Sunak “G7”-nin Yaponiyanın Hirosima şəhərində keçirilən zirvə toplantısının yekunlarında bildirib.

 

“Böyük Yeddilik Çinə münasibətdə məqsəd birliyini nümayiş etdirib. Çin əsrimizin qlobal təhlükəsizlik və rifah üçün ən böyük çağırışını təmsil edir”, - Britaniya hökumətinin başçısı diqqətə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi