Modern.az

Zelenski ilə Baydenin görüşünün təfərrüatları

Zelenski ilə Baydenin görüşünün təfərrüatları

21 May 2023, 12:23

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə görüşüb.

 

Modern.az Ukrayna Prezident Ofisinin məlumatına istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Ukraynaya artıq 37 milyard dollardan çox olan güclü maliyyə yardımına, habelə amerikalı həmkarı Cozef Baydenin elan etdiyi 375 milyon dollar məbləğində yeni hərbi yardım paketinə görə təşəkkür edib.

 

“Xalqımızdan böyük təşəkkürlər. Mən şadam ki, bizim belə güclü münasibətlərimiz var”, - Ukrayna lideri bildirib.

 

O, ABŞ Prezidentinin beynəlxalq aviasiya koalisiyasına dəstək qərarını xüsusən qeyd edib.

 

Liderlər Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində gələcək əməkdaşlığı, həmçinin Ukrayna sülh formalunun gerçəkləşdirilməsi məsələsini müzakirə ediblər.

 

Prezidentlər Ukraynanın yenidən qurulması və bərpası layihələri ətrafında fikir mübadiləsi aparıblar.

 

Volodimir Zelenski ayrıca Ukraynanın Avro-Atlantik inteqrasiyası və NATO-nun Vilnüs sammitinə hazırlıq məsələlərinə də toxunub. Dövlət başçısı ölkəsinin Alyansa daxil olmasından öncə Ukrayna üçün təhlükəsizlik təminatının alınmasının vacibliyini qeyd edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi