Böyük Britaniyanın Baş naziri Rişi Sunak Yaponiyada keçirilən "G7" Sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Modern.az Böyük Britaniyanın Baş nazirliyinin ofisinə istinadən xəbərinə görə, Baş nazir Rişi Sunak Prezident Zelenskinin "G7"yə səfərini tarixi bir məqam və Rusiyanın təcavüzünə qarşı beynəlxalq ictimaiyyətin Ukraynaya davamlı dəstəyinin nümayişi kimi alqışlayıb.
Rişi Sunak bir daha bəyan edib ki, Böyük Britaniya Ukraynaya müharibədə qalib gəlmək və ədalətli sülhü təmin etmək üçün lazım olan hərbi yardımı davam etdirəcək.
Qeyd edək ki, liderlər "G7" ölkələri və digər tərəfdaşlarla Ukraynaya dəstək, Rusiyanın sabitliyi pozan və qeyri-qanuni davranışlarına qarşı tədbirlər haqqında danışıqların irəliləyişini səbirsizliklə gözlədiklərini bildiriblər.