Modern.az

İran-Pakistan sərhədində TOQQUŞMA

İran-Pakistan sərhədində TOQQUŞMA

21 May 2023, 12:37

İranın Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhədində azı 6 iranlı sərhədçi ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, sərhəddə baş verən insident zamanı sərhəd qoşunlarının daha iki zabiti yaralanıb. Bazar günü gecə adı açıqlanmayan terrorçu birləşmənin üzvləri Seravan sərhəd alayının məsuliyyət zonasında İranın ərazisinə daxil olub. Toqquşmalar nəticəsində radikallar İran-Pakistan sərhədini keçərək İran ərazisini tərk etməyə məcbur olublar.

 

Qeyd edək ki, terrorçu birləşmənin sıralarında da itkilərin olduğu, lakin onların dəqiq sayının məlum olmadığı bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi