Modern.az

Baxmutda son durum

Baxmutda son durum

21 May 2023, 13:18

Ukrayna hərbçiləri mövqelərini qorumağa və işğalçıları hücumlarını dəf etməyə davam edirlər.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Vostok” qruplaşmasının sözçüsü Sergiy Çerevatı “Suspilne” telekanalına açıqlama verib.

 

“Vəziyyət ağırdır. Hərbçilərimiz şəhərin cənub-qərb hissəsində istehkam və bir neçə tikili saxlayırlar. Ağır döyüşlər gedir”, - Çerevatı deyib.

 

O əlavə edib ki, işğalçılar Baxmuta simvolik önəm verirlər, lakin şəhərin ələ keçirilməsi ilə bağlı bəyanatlar verməyə tələsiblər. Onun sözlərinə görə, USQ cinahlarda düşmənə təzyiq göstərməkdə davam edir:

 

“Rusiya Baxmuta elə diqqət çəkir ki, elə bil Dnepri alıblar. Əslində isə, tam almayıblar. Şəhər dağıdılıb, bu onlara heç bir hərbi və siyasi yarar gətirmir”, - “Vostok” qruplaşmasının sözçüsü vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi