Stolüstü tennisçimiz Yağmur Məmmədli daha bir beynəlxalq yarışın mükafatını qazanıb.
Modern.az xəbər verir ki, idmançımız mayın 15-dən 21-dək Bolqarıstanın Panaqyurişte şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medala layiq görülüb.
22 ölkənin tennişçilərinin qatıldığı turnirin qrup mərhələsini ikinci yerdə başa vuran Yağmur ¼ finalda serbiyalı Teodora Sudzumu mübarizədən qalib ayrılıb.
Yarımfinalda isə o, Koreya respublikasından olan idmançı Li Haelinə uduzaraq bürünc medalla kifayətlənib.
Qeyd edək ki, “Eurotalent” seçimlərindən uğurla keçən Yağmur Məmmədli Avropanın ən uğurlu stolüstü tennisçiləri sırasındadır.