Ukrayna hərbçiləri Baxmutdadırlar, onların üzərinə vacib vəzifə düşür.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Baxmut şəhəri ilə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib.
“Hərbçilərimizin üzərinə hazırda vacib vəzifə düşür. Bu gün Baxmut Rusiya tərəfindən ələ keçirilməyib. Buna görə üzərimizdə böyük yük var”, - Ukrayna Prezidenti vurğulayıb.