Modern.az

BMT Aral dənizi proqramına dair qətnamə qəbul etdi

BMT Aral dənizi proqramına dair qətnamə qəbul etdi

21 May 2023, 17:34

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) Türkmənistanın təşəbbüsü ilə BMT-nin Aral dənizi hövzəsi üçün xüsusi proqramının yaradılmasını müzakirə etmək üçün qətnamə qəbul edib.

 

Modern.az bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.

 

Türkmənistanın təşəbbüsü ilə Banqkokda (Tailand) keçirilən ESCAP-ın 79-cu sessiyasının yekunlarına əsasən, bu komissiyanın “Aral dənizi hövzəsi üçün BMT-nin xüsusi proqramının yaradılması şərtlərinin nəzərdən keçirilməsi” adlı qətnaməsi yekdilliklə qəbul edilib.

 

Nazirliyin məlumatında bildirilir ki, komissiya çərçivəsində Türkmənistanın təşəbbüsü ilə irəli sürülən bu ilk qətnaməyə Beynəlxalq Aralın Xilas olunması Fondunun təsisçiləri olan dövlət başçılarının sammitinin nəticələri daxildir.

 

Qeyd edək ki, sammit 2018-ci il avqustun 24-də Türkmənbaşı şəhərində keçirilib, həmçinin BMT-nin Aral dənizi hövzəsi üçün xüsusi proqramının hazırlanması üzrə beynəlxalq məsləhətləşmələr olmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi