Modern.az

Səfər Əbiyev Türk komandanı medallarla təltif etdi

Səfər Əbiyev Türk komandanı medallarla təltif etdi

3 İyul 2013, 18:33

İyulun 3-də Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu ilə müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin görüşü olub.  

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, H.Kıvrıkoğlu Fəxri xiyabanda mərhum dövlət başçısı Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.   S. Əbiyev bu səfərin qarşılıqlı dostluq və qardaşlıq ənənələrinə söykəndiyini bildirib.  

Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın perspektivləri, təlim və tədris prosesinin uzlaşdırılması istiqamətində faydalı fikir mübadiləsi aparılıb.  

Azərbaycanın müdafiə nazirinin əmrinə əsasən, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə verdiyi böyük töhfələrə görə, ordu generalı Hayrı Kıvrıkoğlu “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” və Azərbaycan Silahlı Qüvvələrinin “95 illik yubiley” medalları ilə təltif olunub.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...