Xorvatiyanın şimal-qərbindəki dağlıq bölgədə yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Təyyarədə olan 3 nəfərin həlak olduğunu bildirilib. Ölənlərin hamısı Niderland vətəndaşlarıdır. Niderlandın Xarici İşlər Naziriyi məlumatı təsdiq edib.
Sloveniyanın Maribor şəhərindən Xorvatiyanın Adriatik sahilində yerləşən Pula şəhərinə uçan təyyarə əvvəlcə radardan itib, sonra Oqulin şəhəri yaxınlığındakı meşədə qəzaya uğrayıb.
Ölənlərdən birinin pilot, ikisi sərnişin olub. Qəzanın səbəbi məlum deyil, araşdırma başlanıb.