Modern.az

Əsas rəqibimiz CHP sədri deyil - Ərdoğan

Əsas rəqibimiz CHP sədri deyil - Ərdoğan

21 May 2023, 22:18

"Bizim əsas rəqibimiz CHP sədri deyil, arxayınlıqdır, qələbə məstliyidir".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı bildirib.

 

"Bazar günü keçiriləcək seçkilərdə də arxayınlaşmadan qələbəni birlikdə qucaqlayacağıq", - Ərdoğan deyib. O qeyd edib ki, 21 illik hakimiyyəti dövründə millətə yuxarıdan aşağı baxmayıb.

 

"Bölənlərdən deyil, birləşdirənlərdən oldum, 85 milyonun hamısını qucaqlayanlardan oldum. Mən həmişə qardaşlıq dilində danışmışam, bu gün də belə edirəm”, - Türkiyə lideri vurğulayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi