Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün ölkə xaricində səsvermə davam edir.
Modern.az TRT-yə istinadən xəbər verir ki, ölkə xaricində və sərhəd-buraxılış məntəqələrində səs verən seçicilərin sayı 1 milyonu ötüb.
Səs verən seçicilərin ümumi sayı 1 milyon 38 min nəfərə çatıb.
Xaricdəki nümayəndəliklərdə səsvermə proseduru mayın 24-də və sərhəd-buraxılış məntəqələrində isə mayın 28-i saat 17.00-dək davam edəcək.