"Özümdən və realist olmaqdan yorulmuşam. Bəzən səsyazma studiyasında özüm-özümü danlayıram, özümə deyirəm ki, üç notla Xalq artisti olanlar var. Axı, sən özünü niyə bu qədər çətinə salırsan?".
Modern.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova deyib.
O, bir çox ifaçının qeyri-peşəkar olduğunu bildirib: "Çalışıram ki, mahnının zili, bəmi, xırdalıqları, harmoniyası olsun. Özümə hərdən deyirəm ki, artıq sakitləş. Ətrafa bax, üç notla necə gözəl oxuyub, özlərini rahat hiss edirlər. Bəstir, lazım deyil. Amma "lazım deyil" desəm səhv edərəm, çünki, elə dərin düşünən insanlar var ki, onların ruhlarının qidasını üstdən ödəmək olmaz. Haqqını vermək lazımdır".
Müğənni "Sarı gəlin" musiqisi ilə bağlı çağırış edib.
"İndi deyəcəyəm, düşmənlərim artacaq. Musiqiçilərdən xahiş edirəm, "Sarı gəlin" adında bir oynaq mahnı bəstələmisiniz. O mahnını ortalıqdan yığışdırın. Çünki "Sarı gəlin" deyəndə yalnız bizim xalq musiqimiz dillərdə əzbər olmalıdır. Bir dəfə bir nəfər toyda məndə həmin o oynaq mahnını oxumağımı istədi. Mən də bildiyim "Sarı gəlin"i oxumağa başladım. Dedilər ki, bu mahnı yox, o birisi oynaq formada olan. Cavab olaraq söylədim ki, mən siz dediyiniz oynaq "Sarı gəlin"i bilmirəm. Həmin o mahnını bilənə də deyirəm ki, onu oxumayın. Çünki bəzi şeylərdə mənəvi dəyərlər var", - Xalq artisti qeyd edib.