İnternetdə Qarabağda müharibə zamanı Azırbaycan əsgərinə edilən toyun videogörüntüləri yayımlanıb. Modern.az bildirir ki, 15 avqust 1993-cü il tarixli videolentdə hərbi hissə ərazisinə gətilriən toy karvanı əks olunub. Zirehli Döyüş Maşınına oturdulan bəy və gəlini silahlı əsgərlər müşayiət edir. Musiqiçilərin müşayiəti ilə döyüş maşınından düşürülən gəlini komandir salamlayır. Sonra şəxsi heyət rəsmi marşla təzə evlənənlərin qarşısından keçir. Daha sonra hərbi dəstənin komandiri gəlinin barmağına üzük taxır və bəyi təbrik edir.
Qeyd edək ki, bu toydan 8 gün sonra, 1993-cü ilin avqusutn 23-də Cəbrayıl və Füzuli rayonları erməni hərbi birləşmələri tərəfindən işğal olunub.
Modern.az