Düz bir ay öncə Fransada vəfat etmiş Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov nəhayət bu gün Parisin Passi qəbiristanlığında dəfn edilib. Bu barədə Modern.az-a qərhumun qızı Əsmər Nərimanbəyova məlumat verib.
T.Nərimanbəyovun dəfn mərasimində Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və digərləri iştirak ediblər.
Qeyd edək ki, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 2-də 83 yaşında vəfat edib. Mərhumun ikinci həyat yoldaşı Sevil Nərimanbəyova onun Fransada dəfn edilməsini istəyib. Lakin T.Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova buna qarşı çıxıb. O, atasının Azərbaycanda dəfn olunması tələb edib və Fransa məhkəməsində bununla bağlı iddia qaldırıb. Məhkəmə mərhumun Fransada dəfn olunması barədə qərar çıxarıb. Qərardan verilən apellyasiya şikayəti isə təmin olunmayıb.
Nəhayət sonda rəssamın qızı onun Fransada dəfn olunmasına razılıq verib.
Modern.az