Modern.az

Çinlə Yaponiya arasında diplomatik QALMAQAL

Çinlə Yaponiya arasında diplomatik QALMAQAL

Dünya

22 May 2023, 08:32

Çinin xarici işlər nazirinin müavini Sun Ueydun Yaponiyanın Pekindəki səfirinə G7 sammitində ölkəsini təhqir etdiyinə görə etirazını bildirib.

 

Modern.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi məlumat yayıb.

 

Qeyd olunub ki, Yaponiya digər ölkələrlə birlikdə Xirosimada keçirilən G7 tədbirlərində və G7-nin birgə bəyanatında Çinə böhtanlar yağdırıb.

 

Diqqətə çatdırılıb ki, Çinin daxili işlərinə bu cür kobud müdaxilə ölkənin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına xələl gətirir. Bu səbəbdən Çin kəskin narazılığını və kəskin etirazını bildirir. Həmçinin vurğulanıb ki, Tayvan, Honq-Konq və Tibet Muxtar Bölgələri ilə bağlı məsələlər Çinin daxili işidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi