Rusiyanın paytaxtı Moskvada hərbi komissarlığın binası yanıb.
Modern.az xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.
Yanğın binanın altıncı mərtəbəsində başlayıb, daha sora geniş ərazini əhatə edib. Hadisə yerinə 15 yanğınsöndürmə briqadası göndərilib.
Yanğının səbəbi hələlik açıqlanmayıb.