Modern.az

Bakıda çıxış etməkdən qürur duyuram - Monteneqro spikeri

Bakıda çıxış etməkdən qürur duyuram - Monteneqro spikeri

22 May 2023, 10:47

“Azərbaycanın paytaxtı Bakıda çıxış etməkdən qürur duyuram. Çox şadam ki, sizin hamınızla mühüm məsələləri müzakirə edirəm. Bir araya toplaşmağımız təqdirəlayiqdir”. 


Modern.az xəbər verir ki, bu sözləri Monteneqro parlamentinin sədri Daniela Djuroviç Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda deyib. 

 

“Biz planetimizin təbii sərvətlərinin gələcək nəsillərə çatması üçün xüsusi addımlar atmalıyıq. Bir neçə gün ərzində çox gözəl fürsətimiz olacaq ki, ekoloji və iqtisadi sahədə əməkdaşlıq edək. Məlumdur ki, artıq dünyamız çoxsaylı və qarşılıqlı problemlərlə üzləşir. Bunlar arasında qlobal, ekoloji, nəqliyyat infrastruktur və sosial bərabərsizlik kimi məsələlər var. Onu da qeyd edim ki, Rusiya- Ukrayna müharibəsi kəskin və iqtisadi şəkildə Ukraynanın unikal biomüxtəlifliyinə mənfi təsir göstərdi”, - deyə spiker vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi