"Mayın 25-də Moskvada keçiriləcək görüşdə sülh sazişinin imzalanmasını qeyri-real hesab edirəm".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Bu görüşə çox az vaxt qalıb”, - o əlavə edib.
Paşinyan daha sonra əsgər anası Qayane Akopyanın həbsinə münasibət bildirib.
"Oğlumun müharibədə ölməyəcəyini heç kim proqnozlaşdıra bilməzdi. Onun yoldaşını müharibədə öldürən qəlpə Aşota dəysəydi, o, qəhrəman olardı? Anna Akopyan da olacaqdı qəhrəman anası?", - deyə Paşinyan sual edib.