Rusiya xarici işlər naziri Sergey Lavrova yeni müavin təyin edilib.
Modern.az xəbər verir ki, Prezident Vladimir Putinin imzaladığı sərəncama əsasən, Sergey Butin xarici işlər nazirinin müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bir müddət əvvəl Oleq Sırmolotov Rusiya XİN başçısının müavini postundan təqaüdə göndərilib.