Modern.az

Belarusda həbs edilən məşhur jurnalist əfv edildi

Belarusda həbs edilən məşhur jurnalist əfv edildi

22 May 2023, 14:18

Belarus məhkəməsi tərəfindən həbs olunan "Nexta" kanalının rəhbəri Roman Protaseviç əfv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun "Belta" agentliyi məlumat yayıb.

 

O, mayın 22-də jurnalistlərə açıqlamasında əfv olunduğunu bildirib.

 

Xatırladaq ki, mayın 3-də Minskdə saxlanılan “Nexta”nın keçmiş redaktoru Cinayət Məcəlləsinin 13 maddəsi, o cümlədən hakimiyyəti ələ keçirmək və kütləvi iğtişaşlar təşkil etmək üçün sui-qəsd ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi