Modern.az

Qəzada ölən gənclər nişan üzüyü almağa gedirmiş...

Qəzada ölən gənclər nişan üzüyü almağa gedirmiş...

Hadisə

22 May 2023, 14:50

Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün baş vermiş hadisə nəticəsində dünyasını dəyişən iki nəfər - 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş.

 

Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Əmrah Nuriyevin anasıdır.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində “Kia” markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxaraq aşması səbəbindən 5 nəfər ölüb:

 

 - 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov;

- 2000-ci il təvəllüdlü Əmrah Nuriyev;

- 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova;

- 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı.

 

Rəsmi məlumata görə, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər