Bu gün Bakıda Azərbaycan Milli Məclisi və ATƏT Parlament Assambleyasının (PA) birgə təşkilatçılığı ilə ətraf mühit, nəqliyyat əlaqələndirilməsi və inkişaf mövzusunda konfrans keçirilir. Düşünürəm ki, bu mövzular iqlim dəyişikliyi kimi çağırışla üzləşdiyimiz bu günlərdə çox vacib məsələlərdir.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) prezidenti xanım Marqareta Sederfelt deyib.
"Parlamentarilər olaraq daha yaşıl bir ətraf mühitin formalaşmasına töhfə verə bilərik. Bu konfransa ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirirəm. Bu gün ən vacib məsələ kimi yaşıl iqtisadiyyatın, davamlı inkişafın və nəqliyyat əlaqələndirilməsinin təşviqidir. ATƏT-in Parlament Assambleyası olaraq Helsinki Yekun Aktına əməl edərək davamlı inkişafı dəstəkləyirik. Biz sülhü, sabitliyi, parlament diplomatiyasını təşviq edirik və həmçinin regionda sülhün təmin olunması istiqamətində çalışırıq”,- deyə sədr bildirib.