Modern.az

Şikayətçi: “Qardaşımın ölümündə təqsirli olan şəxslər cəzalanmalıdır”

Şikayətçi: “Qardaşımın ölümündə təqsirli olan şəxslər cəzalanmalıdır”

Təhsil

4 İyul 2013, 10:37

Tovuz rayon Mərkəzi Xəstəxanasında 37 yaşlı Səməndər Əsədov həkimlərin səhlənkarlığı nəticəsində dünyasını dəyişib.

Modern.az-a xəbər verir ki, qolunda kəsik yarası alan Tovuz rayon sakini Səməndər Əsədov 12 yaşlı oğulu ilə birlikdə maşınla xəstəxanaya çatıb. Amma xəstəyə kömək etməyi düşünən növbətçi həkimlər sonra bildiriblər ki, polisə xəbər vermədən heç bir şey edə bilməyəcəklər. Beləcə 20 dəqiqədən çox yaralı uzanıqlı vəziyyətdə qalsa da, ona ilkin yardım göstərilməyib. Nəhayət, əsas növbətçi həkim gəlib və Kamal Abbasov adlı həkim içkili halda xəstəyə baxıb və “artıq gecdir” – deyə rəyini bildirir.

Tovuz rayon Mərkəzi Xəstəxanasındakı həkimlərin səhlənkarlığı səbəbindən 37 yaşlı Səməndər Əsədov dünyasını dəyişib. Mərhumun qardaşı Kamandar Əsədov hadisəni nəql etdikdən sonra bildirib ki, hələ də həkimlərin nədən belə etməsinin səbəbini anlaya bilmir. O, prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək təqsirkarların cəzalandırılmasını istəyir.    

Gültəkin ƏLƏSGƏR

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı