Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu və "ATA İttifaqı"na daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağ arasında görüş keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist İsmail Saymaz məlumat əldə edib.
Bildirilib ki, görüş Ankara vaxtı ilə saat 18:00-da baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl də Kılıçdaroğlu-Özdağ görüşü baş tutmuşdu və Özdağ nəticələrin səlahiyyətli orqanlarla dəyərləndiriləcəyini bəyan etmişdi.
"ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.
Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər. Belə ki, Özdağın Kılıçdaroğlunu, Oğanın isə Ərdoğanı dəstəkləməsi ehtimal olunur.