Bu ilin 6 ayında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (www.dsmf.gov.az, www.sspf.gov.az) tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Fonddan Modern.az-a verilən məlumata görə, qurumun təqdim etdiyi xidmətlər “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə ən çox müraciət edilən elektron xidmətlər sırasındadır.
Cari ilin ötən dövrü ərzində “Pensiya kapitalı barədə məlumat” (21 729 əməliyyat), “Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” (21 659 əməliyyat), “Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi”(8370 əməliyyat), “Pensiya kalkulyatoru” (6 837 əməliyyat) ən çox istifadə olunan elektron xidmətlər olub.
Cari ilin ilk yarısında hesabatların və məlumatların sığortaedənlər tərəfindən elektron formada təqdim olunması xidmətindən yararlananların sayında da artım müşahidə olunub. Bununla bağlı
1 iyul 2013-cü il tarixə elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş
27 010 sığortaedən unikal kod, parol və şifrə ilə təmin edilib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, torpaq pay mülkiyyətçilərinin və digər şığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Fondun orqanlarına ("Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi"nə (KÖMİS) qoşulmuş Dövlət Xəzinədarlıq Agentliyinin orqanları üzrə) ödənişlərinin real vaxt rejimində qəbulu da davam etdirilib.
Artıq Dövlət Sosial Müdafiə Fondunun
76 yerli orqanı üzrə
590 970 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiya olunub.
2013-ci ilin yanvar-iyun ayları ərzində
43 368 sığortaedən tərəfindən
131 583 əməliyyat həyata keçirilərək cəmi
12 055 665,65 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin ödənişi həyata keçirilib.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən elektron xidmətlər sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da asanlaşdırılması, əlavə vaxt itkisinin qarşısının alınması, insan amilinin rolunu son dərəcə azaldılması ilə nəticələnib. Sığorta-pensiya sistemində davam etdirilən islahatlara uyğun olaraq Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı
8-dən 25-ə çatdırılıb.
Modern.az