Modern.az

Çavuşoğlu “Türk evi”nə hücumu PİSLƏDİ

Çavuşoğlu “Türk evi”nə hücumu PİSLƏDİ

Dünya

22 May 2023, 20:02

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkdakı “Türk Evi”nə hücuma münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

 

Nazir hücumu pisləyib və ABŞ-dan hücumun səbəbkarlarını tez bir zamanda müəyyənləşdirməsini, ev sahibi ölkə kimi diplomatik nümayəndəliklərin lazımi mühafizə ilə təmin edilməsini gözlədiyini bildirib.

 

Qeyd edək ki, Türkiyə vətəndaşları prezident seçkilərinin ikinci turu üçün səs verən zaman naməlum şəxslər "Türk evi"nə hücum edib. Hadisə zamanı binanın ön şüşələri sındırılıb. Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

 

Xatırladaq ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən “Türk Evi” 2021-ci il sentyabrın 20-də açılıb. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Baş katibi Antoniu Quterreş və BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn dövlət və hökumət nümayəndələri iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi