“Rüstəm İbrahimbəyov kimdir? Adını birinci dəfədir eşidirəm, tanımıram onu”. Bunu Modern.az-a Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bildirib.
A.Əliyevdən mərhum Elçibəy tərəfdarlarının yeni namizədinə münasibətini öyrənmək cəhdi eks-prezidentin qardaşı tərəfindən maraqlı reaksiya ilə müşayət olunub. A.Əliyev Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlini tanısa da, Rüstəm İbrahimbəyovun kimliyindən xəbərsiz olduğunu deyib.
“Vallah Rüstəm İbrahimbəyov kimdir ki, tanımıram onu. Onun haqqında
sizdən eşiridəm, kim olduğunu da bilmirəm. Namizədliyini veribsə, xeyirli olsun, amma mən şəxsən bir namizəd kimi nə onu tanıyıram, nə də onun barəsində eşitmişəm. Mənim üçün ümumiyyətlə iqtidar, müxalifət fərqi yoxdur”-deyə A.Əliyev Milli Şura sədrini tanımadığını deyib.
Elçibəyin qardaşının Azərbaycanın dünyaca tanınmış mədəniyyət xadimi, kinodramarutq Rüstəm İbrahimbəyovu tanımaması, adını ilk dəfə eşitməsi təəccüb doğurur.
Anar RÜSTƏMOV