Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “ATA İttifaqı”nın prezidentliyə namizədi olmuş Sinan Oğanın ikinci turla bağlı qərarına münasibət bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, TRT-yə müsahibəsində danışıb.
Ərdoğan qərarına görə Oğana təşəkkür edib. AKP lideri Oğanın və millətin dəstəyi ilə ikinci turda qələbə qazanacağına inandığını deyib.
Türkiyə lideri, həmçinin S.Oğanın müxalifət tərəfindən sərt tənqid edilməsini də şərh edib və bunun gözlənilən olduğunu vurğulayıb.
Qeyd edək ki, Sinan Oğan ikinci turda Cümhur İttifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.