Modern.az

Rusiya baş naziri ilk dəfə Çinə gedib

Rusiya baş naziri ilk dəfə Çinə gedib

Dünya

22 May 2023, 23:10

Rusiyanın baş naziri Mixail Mişustin Çinə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

 

Bildirilir ki, o, Şanxayda Rusiya-Çin biznes forumunda iştirak edəcək və Pekində Çin Xalq Respublikasının lideri Si Cinpinlə görüşəcək.

 

Bu, Mişustinin hökumət başçısı kimi Çinə ilk rəsmi səfəridir.

 

Məlumata görə, Mişustinin Dövlət Şurasının baş naziri Li Qianqla görüşü də planlaşdırılır. Danışıqlar nəticəsində bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi