ABŞ prezidenti Co Bayden Konqresin Nümayəndələr palatasının spikeri Kevin Makkarti ilə dövlət borcu tavanının artırılması barədə danışığı məhsuldar hesab edib.
Modern.az ABŞ mediasına istinadla xəbər verir ki, Baydenin sözlərinə görə, fikir ayrılıqlarına baxmayaraq, müzakirələr davam etdiriləcək.
Bildirilib ki, hazırda defoltun elan edilməsindən söhbət gedə bilməz və irəli getməyin yeganə yolu ikitərəfli razılaşmaya doğru irəliləməkdir.
Bayden qeyd edib ki, Ağ Ev və Konqresdən olan ekspertlər müzakirələri davam etdirəcək.