Rusiya Daxili İşlər Nazirliyi (DİN) məşhur aktyor Aleksey Panini axtarışa verib.
Modern.az xəbər verir ki, bu barədə DİN-in məlumat bazasında informasiya yer alıb.
Bildirilib ki, Paninə qarşı Rusiya Cinayət Məcəlləsinin “Terrorçuluğa bəraət qazandırılması” maddəsi ilə iş başlanılıb. Buna səbəb aktyorun 2022-ci ilin oktyabrında Krım körpüsündə baş vermiş partlayışla bağlı sosial şəbəkə hesabında paylaşım etməsi olub.
İttiham üzrə Panini 7 ilə qədər həbs cəzası gözləyir.