Modern.az

“Azay Quliyevin ATƏT-in rəhbər strukturuna seçilməsi diplomatik uğurdur”

“Azay Quliyevin ATƏT-in rəhbər strukturuna seçilməsi diplomatik uğurdur”

4 İyul 2013, 12:51

“Millət Vəkili Azay Quliyevin ATƏT-in parlament Assambleyasının büro üzvü, siyası və təhlükəsizlik məsələləri üzrə  komitə sədrinin müavini seçilməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur. Belə mötəbər beynəlxalq təşkilatda Azərbaycan millət vəkilinin təmsil olunması ölkəmiz üçün olduqca zəruri və vacibdir”. Bunu QHT Əməkdaşlıq Alyansənən rəhbəri Rufiz Qonaqov deyib.

O, Azay Quliyevi Azərbaycan vətəndaş cəmiyyətinin lideri adlandırıb: ”Uzun illərdir ki, o, muxtəlif beynəlxalq strukturlarda vətəndaş cəmiyyətini millət vəkili olaraq, layiqincə təmsil edir.Məhs bu fəaliyyəti və Azərbaycanın dünyada artan nüfuzunun nəticəsidir ki, bu gün Millət vəkili Azay Quliyev ATƏT-in mötəbər rəhbər strukturlarına seçildi.  

Düşünürəm ki, millət vəkili Azay Quliyevin ictimai və siyası təcrübəsi imkan verəcəkdir ki, ATƏT kimi nüfuzlu bir  beynəlxalq qurumda ölkəmizin haq səsi dünya ictimaiyyətinə layiqincə çatdırılacaq. Tam əminliklə deyə bilərəm ki, ATƏT-də Azərbaycanın səsi bundan sonra daha çox eşidiləcəkdir”. 


Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı