Modern.az

Müxalifət Paşinyanın Qarabağ açıqlamasını “antimilli” adlandırır

Müxalifət Paşinyanın Qarabağ açıqlamasını “antimilli” adlandırır

Qarabağ

23 May 2023, 10:33

Ermənistanda parlamentin revanşist-avantürist qüvvələrin cəmləşdiyi müxalif “Hayastan” fraksiyası baş nazir Nikol Paşinyanın dünənki mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin plenar iclası zamanı fraksiya katibi Artsvik Minasyan danışıb.

 

O bildirib ki, fraksiya Paşinyanın yanaşmasını antimilli adlandırır və parlamentdən qiymət verilməsini tələb edir.

 

Cavab olaraq spiker Alen Simonyan müxalifətə müvafiq dinləmələr təşkil etməyi, analoji təşəbbüslə çıxış etməyi və sonra parlament rəhbərliyinin müzakirəsinə çıxarılmasını təklif edib. O əlavə edib ki, baş nazirin yanaşmalarını şəxsən özü tam bölüşür.

 

Qeyd edək ki, dünən Paşinyan Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınması barədə fikirlər səsləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI