Zaqatala şəhər sakini, 1970-ci il təvəllüdlü Elmira Muxtarova mayın 18-də səhər saat 11 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Modern.az xəbər verir ki, qadının şizofreniya xəstəliyindən əziyyət çəkdiyi deyilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qadının itkin düşməsi ilə bağlı yaxınları tərəfindən rayon polis şöbəsinə müraciət edilib.
Onun tapılması istiqamətində zəruri axtarış tədbirləri keçirilir.