“Avqustun əvvəlində Ədalət partiyasının qurultayı olacaq. Həmin qurultayda mənim prezident seçkilərində namizədliyimi vermək barədə məsələyə baxılacaq”. Bunu Modern.az saytına açıqlamasında Ədalət partiyasının sədri, millət vəkili İlyas İsmayılov prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə sualları cavablandırarkən deyib. Onun sözlərinə görə prezident seçkisində iştirak etmək üçün hələlik şəxsi fikirlərini açıqlama istəmir.
Xatırladaq ki, bu il ölkədə prezident seçkiləri keçiriləcək. Bir neçə partiya seçkilərdə iştirak etmək üçün israrlı olduğunu bildirib.
Vüqar İsmayılov