Modern.az

Bankların xalis mənfəəti 39% artıb

Bankların xalis mənfəəti 39% artıb

İqtisadiyyat

23 May 2023, 11:15

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 345.2 milyon manat xalis mənfəət əldə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.

 

Bu, ötən ilin eyni dövrünə nisbətən 39.1% çoxdur. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın bank sektoru 248.1 milyon manat xalis mənfəət əldə edib.

 

Bu dövrdə bankların xalis faiz gəlirləri 32.5% artaraq 806.2 milyon manata, əməliyyat mənfəəti isə 31.9% artaraq 389 milyon manata bərabər olub.

 

Hesabat dövründə banklar 88.9 milyon manat mənfəət vergisi ödəyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...