Modern.az

Paşinyan Qarabağı təslim etmək üçün yol xəritəsini açıqlayıb - Daşnak deputat

Paşinyan Qarabağı təslim etmək üçün yol xəritəsini açıqlayıb - Daşnak deputat

23 May 2023, 12:36

Ermənistanda parlamentin revanşist-avantürist qüvvələrin cəmləşdiyi müxalif “Hayastan” fraksiyasının üzvü, Daşnaksütyun Partiyasının funksioneri İşxan Sağatelyan baş nazir Nikol Paşinyanın dünənki mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, Paşinyanı təslimçi adlandırıb.

 

"Paşinyan Qarabağın və Ermənistanın təslim olması üçün yol xəritəsini açıqlayıb. Ölkənin taleyinə biganə olmayanların dönməz hadisələrin qarşısını almaq üçün təxminən altı aya yaxın vaxtı var", - deputat deyib.

 

Qeyd edək ki, dünən Paşinyan Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınması barədə fikirlər səsləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI