Modern.az

Deputat: “Payızda ipoteka güzəştləri yenidən Milli Məclisin gündəliyinə salınacaq”

Deputat: “Payızda ipoteka güzəştləri yenidən Milli Məclisin gündəliyinə salınacaq”

4 İyul 2013, 13:45
 

“Hələlik ipoteka kreditləri ilə bağlı məsələdə elə bir dəyişikliklər yoxdur. Milli Məclis tətilə çıxıb. Dəyişiklikləri isə hökumət hazırlayır. Həmin dəyişikliklərin hamısı müsbət istiqamətdə olacaq”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib. O, ipoteka kreditlərinin verilməsi ilə bağlı dəyişikliklərin – həcminin artırılması, müddətinin uzadılması və faiz dərəcələrinin aşağı salınması və s. bağlı mövzunu şərh edərkən əlavə edib:
“Prezidentin də tövsiyəsi bundan ibarətdir ki, əhaliyə, xüsusi olaraq aztəminatlı kateqoriyalı insanlara daha geniş imkanlar yaradılmalıdır. Onlar mənzil-məişət şəraitlərini yaxşılaşdırsınlar. Bu yaxınlarda verilən sərəncamla da sosial ipotekanın həcmi bir qədər də artırıldı. Digər kateqoriyadan da olan ipoteka kreditlərinin də şərtləri yumşaldılmalıdır”.
Millət vəkili qeyd edib ki, gələcəkdə müəyyən kateqoriyalı insanlara ilkin ödəniş olmadan və yaxud ilkin ödəniş olmaq şərti ilə ipoteka verilməsi nəzərdə tutula bilər.

“Ümumiyyətlə, Azərbaycanda ipoteka bazarının inkişafı  prosesi gedir. Müxtəlif mənbələrdə maliyyə cəlb olunması, maliyyə imkanlarının genişlənməsi mümkündür. Yəqin ki bundan da istifadə olunacaq. Payız sessiyasında iclasların birində məsələ müzakirəyə çıxarılacaq”.  

Namidə BİNGÖL  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı